Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır.
Mynews.az "Report”a istinadla xəbər verir ki, bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.
Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: "Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.
Qeyd edək ki, 3 yaşlı körpəyə anası ehtiyatsızlıqdan qayçı ilə xəsarət yetirib. Digər məlumatlara görə, körpə ananın istifadə etdiyi qayçını götürüb. Qayçı ilə oynayan zaman onun ayağı büdrəyərək yıxılıb və kəsici alət körpənin sinəsinə batıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub