Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə - martın 26-da “Diqlas” ticarət mərkəzi, iyunun 23-də isə “X-Lady” mağazasında güclü yanğın olub.
08:48
Bir qədər əvvəl Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib.
Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu səbəbdən prospektin bu hissəsində sıxlıq var.
Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə “Diqlas” və “X-Lady” mağazalarında da güclü yanğın olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub