Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb.
Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.
08:40
Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada səkkiz nəfər ölüb, bir nəfər qadın isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə məktəb yaşlı uşaqlar olub. Ölənlər Lerik sakinləridir.
Yaralı qadının 24 yaşı var. O, hazırda Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub