Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi "Daewo" markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib.
Hadisə nəticəsində Q.Məmmədov müvazinətini itirərək avtobusun altına yıxılıb, avtobus piyadanın üstündən keçib.
Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Q.Məmmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub