Neftçalada üç nəfər dənizdə boğulub.
Mynews.az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda həmin şəxslərin tapılması istiqamətində axtarışlar davam edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub