Ötən gün gecə saatlarında Şəmkirdə baş verən dəhşətli qətlin bəzi detalları məlum olub.
Mynews.az Baku.ws-ə istinadla, hadisə Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb.
Cinayəti törədən Ayxan Zamanov yaşadıqları həyətdə bibisi 39 yaşlı Aynurə Zamanova ilə ilk öncə mübahisə edib.
Bu zaman əsəblərini cilovlaya bilməyən A.Zamanov mətbəx bıçağını götürərək bibisinin üzərinə hücum çəkib. Sonuncunun qışqırdığını görən A.Zamanov qadını həyətindəki hamama salıb.
Burada ona 10-dan artıq bıçaq zərbəsi endirib. Nəticədə qadın yerindəcə keçinib.
Hadisədən dərhal sonra Ayxan Zamanov oradan uzaqlaşıb.
Bir müddət gizləndikdən sonra isə polis onun yerini müəyyən edib və cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib:
"Tez-tez telefonda kiminləsə danışırdı, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var.
Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür.
Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən".
Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".
Qeyd edək ki, Aynurə Zamanovanın bir azyaşlı uşağı var.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub