Adanada dəhşətli qətl hadisəsi baş verib.
Mynews.az İHA-ya istinadən xəbər verir ki, arvadını və qaynını öldürdükdən sonra qayınanasına da ölümcül xəsarət yetirən şəxsin bu addımı hansı səbəbdən atdığı eşidənləri məəttəl qoyub.
İddiaya görə, 4 ay öncə Adanada çavuş kimi işə başlayan və 3 ay bundan qabaq Büşra Güçlü (21) ilə evlənən Ertuğrul Güçlü (22) qətl günü işdən çıxdıqdan sonra həyat yoldaşı atası Cemal Ünlükıranerin (58) evində olduğu üçün oraya gedib. Güçlü yoldaşına yorğun olduğunu, evə getmək istədiyini söyləyib. Ancaq yoldaşı ona "Atama aldığın ayaqqabını atam bəyənmədi, bunu dəyişdirmək istəyirik. Gedib indi bunu dəyişdirək" deyib.

Hərbçi ər isə yorğun olduğunu təkrarlayarak başqa bir zaman dəyişdirmək istədiyini, indi evə getmək istədiyini deyib. Həyat yoldaşı 3 aylıq əri ilə ayaqqabını dəyişdirmək mövzusunda mübahisə edincə cütlük arasında ciddi söz-söhbət yaranıb. Bu məqamda gəlinin atası araya girərək "Bizim yanımızda qızıma qışqıra bilməzsən" sözləri ilə oğlana iradını bildirib.
Bundan hiddətlənən kürəkən arvadını və qayınatasını öldürüb, qayınanası Sultan Ülnükıraneri (52) isə ağır yaralayıb.
Polisə təslim olan Ertuğrulun dindirilməsi davam edir. Yaralı qayınanası isə həkimlərin nəzarəti altındadır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub