Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Sabina Ağalarova idarə etdiyi “Bentley” avtomobili ilə qəzaya düşüb.
Mynews.az Virtualaz.org-a istinadla xəbər verir ki, hadisə Moskvada baş verib. Xanım Ağalarovanın idarə etdiyi avtomobili arxadan “QAZel” markalı yük avtomobili vurub.
“Ağalarova Moskva küçələrində bahalı “Bentley” avtomobili ilə gedirdi. Hansısa məqamda onun avtomobilini arxadan “Qazel” vurub”,-“Beşinci kanal” xəbər verir. Mənbə bildirir ki, Sabina Ağalarova hadisədə “Qazel” sürücüsünü günahkar sayır.

“Biz svetoforda qırmızı işıqda dayanmışdıq, bu vaxt arxadan yük maşını bizi vurdu. Hamımız sağ-salamatıq, heç kim xəsarət almadı”,-Ağalarovanın sözlərini “Komsomolskaya pravda” sitat gətirir. Məlumata görə qəza zamanı həmin “Qazel”i arxadan TIR vurub, bu maşının sürücüsü svetoforun qırmızı işığını yaşıl işıqla səhv salıb. Qəzada heç kim xəsarət almayıb. Faktla bağlı yol patrul polisi araşdırma aparır.
Sabina Ağalarova İnstagram ulduzu kimi tanınır. O, Amerikada təhsil alıb və yaşayıb. Evlidir, üç uşaq anasıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub