25 yaşlı Karlos Hernandez-Ventura 3 uşağı olan sevgilisini, onun qızını və kirayənişini öldürməkdə günahlandırılır.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, qurbanlarını eyni bıçaqla öldürüb.

Qatil qadının qızını və 78 yaşlı kirayənişini öldürdükdən sonra sevgilisinin üstünə hücum edib, onun qolunu kəsib. Bu zaman qadın çarəsizcə ona yalvarıb:
"Səni sevirəm, niyə belə edirsən?"

Qatil qadının qızını hamamdan çıxarkən bıçaqlayıb. Polislərin dediyinə görə, onun boynunda kəsik izləri var.
Dəhşətli cinayətdən sonra Karlos öldürdüyü sevgilisinin avtomobilini qaçırıb. O, 13 mil məsafə qət etdikdən sonra benzin qurtarıb.
O tutulub, xəstəxanaya aparılıb. Qatilin ilk ifadəsi xəstəxanada alınıb.
Karlos məhkəməyə çıxarılıb. Onun vəkilləri iddia edib ki, qadınları öldürmək barədə əmri onun keçmiş əri verib.
Hadisə ilə bağlı araşdırma davam edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub