Bakının mərkəzində - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.
Mynews.az "avtosfer.az”a istinadən xəbər verir ki, "Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.
Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub