Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yuma sexində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, 38 yaşlı fermer təsərrüfatının quşçuluq sexindəki hava təmizləyən qurğuları yumaq məqsədi ilə onların üzərinə elektrik nasosu ilə su vurarkən onu elektrik cərəyanı vurub.
Hadisə baş verən zaman onun yanında olan işçiləri fermeri maşına qoyub Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da artıq gec olub.
Qeyd edək ki, ailənin sonuncu övladı olan Fərəc Əzizov 4 bacının yeganə qardaşı olub. Onun özünün də 4 azyaşlı övladı var idi.
Faktla bağlı araşdırma aparılır.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub