İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qəzili kəndində qeydə alınıb.
Kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində qonaqların halı pisləşib. Onlar təcili İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, zəhərlənmə ilə bağlı 30 nəfər müraciət edib.
İlkin tibbi yardımdan sonra xəstələr ambulator müayinə üçün evə buraxılıb. Xəstəxanada ikisi uşaq olmaqla, dörd nəfər maüalicə alır. Onların vəziyyəti normaldır.
Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, zəhərlənmə ilə bağlı müraciətlərin sayı 33-ə çatıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən Şəkidə toyda kütləvi zəhərlənmə olub. Toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub