Azərbaycanda dəhşətli qəza - ana öldü, ata və iki uşaq ağır yaralı
Bu gün Hacıqabulda "Mercedes" markalı "99 KN 769" dövlət nömrə nişanlı avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləri olublar.
Mynews.az apa-ya istinadən xəbər verir ki, Bakı şəhərində məskunlaşan Ağdam rayon sakini 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun idarə etdiyi avtomobildə həyat yoldaşı 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı və övladları - 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal olub.
Qəza nəticəsində R. Allahverdiyeva həyatını itirib, A. Allahverdiyev və övladları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
18:10
Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə saat 17.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.
"Mercedes" markalı 99 KN 769 dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 965 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 925 dəfə oxunub