Hacıqabulda “Baron” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.
XezerXeber.az-un məlumat verir ki, rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub.
Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub