Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.
İttihama görə, 1987-ci il təvəllüdlü F.Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib.
F.Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub