Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib.
Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.
Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var.
Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub