Bəzən piyadalar nizamlanan piyada keçidlərində qadağanedici işıq olsa belə yolu keçməyə cəhd edirlər. Düşünürlər ki, əgər piyada keçidi varsa, deməli istənilən an keçmək olar. Eyni zamanda Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu təhlükəsiz keçəcəyinə əmin olduqdan sonra keçməlidir. Təssüf ki, piyadavurmaların əksəriyyətində məsuliyyətsizlik heç də sürücüdə olmur. Amma bunun cəzasını sürücü çəkir.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, təqdim olunan görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib. Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da qadın yolu keçməyə çalışır. Bu zaman avtomobillin biri tərəfindən vurulmaqdan canını qurtarır. Lakin geri qayıtmaq əvəzinə qaçaraq irəli atılır. Bu zaman onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.
Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır. Bu zaman əlindəki telefonu da kənara düşür. Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır. Yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir. Bu arada kənara düşən telefonunu ona qaytaran digər şəxs qadına qalxmaqda köməkli edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub