Polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, ARB TV-də yayımlanan "Kriminal" verilişində 21 yaşlı Aysel Orucovanın qətli ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Onu qətlə yetirən Nəriman Əliyev qadından ikinci dəfə intim əlaqədə olmağı istəyib. Lakin Aysel imtina edib. Nəriman 200 manat müqabilində otelə gətirdiyi Ayseli əvvəlcə qucaqlayaraq razılığa gətirməyə çalışıb. O isə işlədiyi gecə klubuna qayıtmaqda israr edib. Bundan hiddətlənən və narkotik maddənin təsiri altında olan 35 yaşlı kişi onu qətlə yetriməyi qərara alıb. Qətldən sonra Nəriman Əliyev evinə gedib. Səhər polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib.
Hakim qarşısına çıxarılan Nəriman Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.
Bir uşaq anası olan Aysel Orucova doğulduğu kənddə dəfn olunub.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub