Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan Kazımov Faiq Sərxan oğlu idarə etdiyi “Opel” markalı, 99-KV-559 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada - 1971-ci il təvəllüdlü Şükürova Arzu İmamverdi qızını vurub.
Qadın ağır bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, A.Şükürova ayın 3-ü saat 08:30 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub