Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Mynews.az-ın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub