Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Mynews.az APA-ya istinadla xəbər verir ki, Faiq Yusifov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan və xanım sürücünün idarə etdiyi "Nissan" markalı minik avtomobili yol-hərəkəti nişanının tələbini pozaraq yoluna davam edib.
Bu zaman onun avtomobili Təbriz küçəsilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarındakı səkiyə və ağaca çırpılıb.
Qəza zamanı "Nissan"ın sürücüsü 1985-ci il təvəllüdlü Mehdiyeva Lalə Rafiq qızı xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub