Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslərin fotosu yayılıb.
Mynews.az Trend-ə istinadən məlumatına görə, Xocahəsən qəsəbəsi "Meyvəli bazar”ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.
Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub