Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadla xəbər verir ki, noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub.
Gənc hadisə yerində ölüb.
Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq, toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar.
Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov həyatını itirib.
Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun üç mərasimi keçirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub