Bakıda altı tələbə qız dəm qazından zəhərlənib.
Mynews.az Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər.
Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub