Şirvanda küçədə üç günlük körpə tapılıb.
Mynews.az Report-a istinadla xəbərinə görə, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.
Belə ki, rayon sakini C.Abdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib.
Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.
Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.
Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub