Nazirlər Kabineti “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı təsdiqləyib.
Mynews.az oxu.az-a istinadla xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarı ilə sənədə əlavə edilib.
Bu qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanıb.
Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yararsız dərman vasitələrinin dövriyyədən çıxarılması qaydasını tənzimləyir.
Qayda dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərini (dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı, istifadəsi və tətbiqi) əhatə edir.
Yüksək risk qrupuna daxil olan tibb vasitələri (invaziv tibb vasitələri və tibbi qazlar) bu qaydanın məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur.
Qərarla ətraflı buradan tanış olmaq olar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub