Bakıda özünü ölümə atan piyadanın görüntüləri təhlükəsiz şəhər kamerasına düşüb.
Mynews.az avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən piyada özünü avtomobillərin qarşısına atır.
Sürücülər dərhal reaksiya verərək qəzadan yayına biliblər. Piyada daha sonra ayırıcı zolağın üzərində dayanaraq sağdan gələn avtomobillərin yaxınlaşmasını gözləyir. Avtomobillər yaxınlaşdıqdan sonra piyada qəfildən özünü taksi avtomobilinin qarşısına ataraq avtomobil tərəfindən vuruldu.
Görüntüdən aydın şəkildə görmək olur ki, piyada özünü qəsdən avtomobilin qarşısına atır. Belə hallarda baş verən yol nəqliyyat hadisəsi detallı şəkildə araşdırılmalı və sürücü yol hərəkəti qaydasını pozmayıbsa, məsuliyyətdən azad olmalıdır.
Heydər Əliyev prospektində piyadalar üçün 3-4 keçid mövcuddur. Həmin yolun sürətli və axın çox olmasını nəzərə alaraq piyada keçidlərinin çox olması daha zəruridir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub