Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi "Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi "Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub.
Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.
Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub