11.17
"Azərbaycan Dəmir Yolları” QSC Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə saat 09:40 radələrində baş verib.
Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, "Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.
Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.
Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.
10.03
Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, 2 nəfər hadisə yerində ölüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub