Qazaxıstanın Atırau şəhərində beynəlxalq yarışa qatılacaq cüdoçular donmaqdan xilas edilib.
Polislər Atırau-Astraxan şosesinin İsatey kəndi ərazisinə düşən hissəsində onların sınıb yolda qalmış avtobusunu aşkar ediblər.
Polislərin xoşbəxtlikdən vaxtında aşkar etdikləri avtobusda olan 16 yeniyetmə və sürücü ilə bərabər, üç adam donmaqdan xilas ediliblər.
Mgorod.kz-ın verdiyi xəbərə görə, azərbaycanlılar polis bölməsinə aparılıb və orada isti yemək və çaya qonaq ediliblər.
Bakının yeniyetmələrdən ibarət cüdo komandasını Atırauya çatdırıblar.
Atırau vilayəti polis bölməsindən verilən məlumata görə, onların avtobuslarının təmir olunub təhvil veriləcəyi bildirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub