Səbail rayonunda iki nəfər bıçaqlı şəxsin insanlara hücum etməsinin görüntüsü yayılıb.
Mynews.az Oxu.Az-a istinadla xəbərinə görə, görüntülərdən aydın olur ki, Nizami küçəsində qeydə alınan hadisədə iki nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edir.
Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstərirlər.
Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İki nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyir. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetirirlər.
Polis əməkdaşları həmin şəxsləri saxlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub