Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiqlədilər.
Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.
Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub