"Mən xahiş edirəm mənim balamı yandıranı, mənim düşmənimi tapın".
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, bu fikirləri öldürülən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova BAKU.WS-in bölgə müxbirinə bildirib.
"Nəvəmin üstünə benzin töküb, yandırıb. Yaxınlıqda bir kənara tullayıblar. Bu işə baxanlardan xahiş edirəm, mənim balamı yandıranı tapın", - deyə Minayə İsmayılova bildirib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub