Bakıda meyiti tapılan 3 tələbə qızın adı məlum oldu Hadisə yerindən VİDEO

4289
Bakıda meyiti tapılan 3 tələbə qızın adı məlum oldu Hadisə yerindən VİDEO

Gecə saatlarında Bayıl qəsəbəsi, Xanlar küçəsində fərdi yaşayış evində yanğın baş verib. Yanğın tüstü ilə müşahidə edilib. 

Mynews.az oxu24.com-a istinadla məlumatına görə, belə ki, evdə yaşayan 3 tələbə tüstüdən boğularaq ölüb. Hadisə yerinə isə ilk çatan qonşular olub.

Bildirilir ki , tələbələr iki-üç aydır ki, burda kirayədə yaşayıblar. Əvvəlcə iki nəfər olub. Bu gün isə, Hindistandan onlara bir nəfər qonaq gəlib. 

Hadisənin təfərüatlarına gəlincə... Şahidlər bildirir ki, elektrik yuvasında qısa qapanma yarınıb və bu zaman alov yaxınlıqdakı çemodana keçib. Otaqda tüstülənmə başlayıb. Yanğın zamanı isə, hər üç tələbə yataqda olub.  Hadisə yerinə Səbail Rayon Prokurorluğu və Fövqəlada Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları cəlb edilib. Məlum olub ki, ölənlər Qərb Universitetinin tələbələri - 23 yaşlı Tarukki Amaya, 25 yaşlı Tausi Jayavodi və onların kirayə yaşadıqları evə qonaq gələn  21 yaşlı Malişi Tayukidir. Hər üçünün meyiti Məhkəmə Tibbi Ekspetiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları evin sahibəsi Kəmalə adlı xanımdan ilkin izahat alıb. Xanım bizim suallarımıza qapı arxasından cavab verməli oldu.

Çəkiliş vaxtı qonşulardan biri əməkdaşlarımızın işinə mane olmağa çalışıb.

Bədbəxt hadisədən sonra, hadisə yerinə ölən tələbələrin həmyerliləri gəlib. Onlar verilən sualları cavabsız qoyub.

Hadisə yeri Səbail Rayon Polis İdarəsi və Rayon prokurorluğu tərəfindən nəzarətə götürülüb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti