Azərbaycanda 6 aylıq körpə ölüb.
Mynews.az APA-ya istinadla xəbər verir ki, ötən ilin iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbizlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edib.
Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.
Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova "bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.
6 aylıq körpə Bakıya aparılarkən yolda ölüb.
Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub