Lənkəranda məşhur həkimin evinə basqın edilib. Hadisə rayonunun Xolmili kəndində gecə saatlarında baş verib.
Mynews.az xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.V.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.
Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir və rayonun tanınmış terapevtlərindən sayılır. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədə bilər. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görəndə isə, onun başına küt alətlə zərbə endirilib.
Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb. Hələlik saxlanılan yoxdur.
.jpg)
.jpg)
(İstiPress)
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub