USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Daha bir "Kamaz" qəza etdi avtobus dayanacağına çırpıldı

12:23 19.03.2017
Daha bir "Kamaz" qəza etdi avtobus dayanacağına çırpıldı
12:23 19.03.2017
Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. 
 
Mynews.azn məlumatına görə, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "Kamaz" markalı yük maşını idarə edilmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb. 
 
Dayanacaqda qəza baş verən vaxtı heç kimin olmaması faciənin qarşısını alıb.
 
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
 

 

 


Xəbər lenti