Masallı rayonunda "Niva” aşıb.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.
Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.
***
Masallı rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananlar bir ailənin üzvləri olub.
"Niva” markalı avtomobillə Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.
Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.
S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib.
Maşında Könül Quliyevanın azyaşlı Nihad adlı oğlu və bir qızı olub. Uşaqlardan biri vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Lakin hazırda onların hansının vəfat etdiyini dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, sözügedən ailə Yardımlıya elçilik məqsədilə gedirmiş.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub