Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, martın 16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub.
Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə və hadisə yerinə baxış keçirilib, antibiotiklərin boş ampulaları, boş iynə qabları aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub