Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olmuş altı nəfər azadlığa buraxılıb.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən əfv siyahısına düşərək, azadlığa buraxılan ən yaşlı məhkumun 75 yaşı var.
Digər məhkumlardan iki nəfər 1952-ci il, bir nəfər 1953-cü il, bir nəfər 1954-cü il, bir nəfər isə 1955-ci il təvəllüdlüdür.
Əfv edilən altı məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən sonra azadlığa buraxılıblar.
Xatırladaq ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub