Taksi sürücüsü yaxşılıq etmək istəyərkən başına iş açdı.
Bu barədə H.Qurbanov adlı taksi sürücüsü AZXEBER.COM-a göndərdiyi məlumatda bildirib. O, ötən gün taksisinə əyləşən bir qız tərəfindən necə aldadılmasını yazıb. Sürücü hava limanı yolunda götürdüyü müştərisinin onun 100 manatını oğurladığını bildirib:
"Saat 10 radələrində aereport yolunda qaraçı olduğu hər halından məlum olan bir qız mənə əl edib saxlatdı. Xahiş etdi ki, Qara Qarayev metrosu tərəfə gedirəmsə onu da aparım. Amma üstündə pul olmadığını bildirdi. Mən də heç nə olmaz dedim. Evin Qarayevdə olduğunu onsuzda evə getdiyimi bildirdim. Yolda falıma baxmağı təklif etdi. Mən də əlimi ona uzatdım. Sözün düzü həyatımda olan çox şeyi düz dedi. Axırda məndən 100 manat aldı və saçımdan 2 tük qopardaraq həmin pula bükdü. Çölə tüpürməyimi istədi”.
Sürücü "müştəri”nin bütün dediklərinə əməl etdiyini və sonunda aldanıldığını anladığını yazıb:
"Mən də tüpürərkən pulu hara qoydusa pul yoxa çıxdı. Məni 2 saata pulun cibimə qayıdacağına inandırıb maşından düşüb getdi. Bunu yayımlamağınızı xahiş edirəm ki, mənim kimi avamlar da daha belələrinə inanmasınlar”.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub