Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi Nilgün Məhərrəmova yaşadığı mənzilin eyvanından yıxılaraq dünyasını dəyişib.
Mynews.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rəsmi feysbuk səhifəsində məlumat yayılıb.
Bakı Ali Neft Məktəbinin rektoru bu barədə nekroloq yayıb.
"Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Nilgün Məhərrəmovanın bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi məni dərindən sarsıtdı. O, təhsil aldığı müddətdə olduqca nizam-intizamlı tələbələrdən olmuş, müəllim və tələbə yoldaşlarının hörmət və ehtiramını qazanmışdı. Onun vaxtsız vəfatından dərindən kədərlənir, Bakı Ali Neft Məktəbinin rəhbərliyi, kollektivi, müəllim və tələbə heyəti adından valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"
Bildirilib ki, Nilgün 682 balla universitetə daxil olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub