Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar.
Hüquq-mühafizə orqanlarından Mynews.az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib.
Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar.
Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb.
M.Həmidzadə bildirib ki, onu intihara sövq edən səbəb budur.
Hazırda 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qadının itkin düşməsi ilə bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub