Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Oxu.Az-a istinadla məlumatına görə, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.
Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.
Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.
Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub