Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib.
Məlumatı ailənin yaxın dostu Araz Aslanlı öz “Facebook” səhifəsində paylaşıb.
A.Aslanlı paylaşımında qeyd edib:
“Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun. Allah övladlarına can sağlığı versin!”.
Qeyd edək ki, Zöhrə Cəfərsoy artıq uzun müddətdir koronavirus infeksiyasından əziyyət çəkirdi və süni tənəffüs cihazına qoşulmuşdu. Anar Cəfərsoy özü də koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə alır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub