Bakıda oğurluqla məşğul olan iki nəfər tutulub. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, gecə saat 04:44 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən "Vita Aptekləri" MMC-yə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə giriş qapısına müdaxilə olunduğunu aşkar ediblər. Obyektin daxilində kassadan olan pulları (77 manat) oğurlayıb qaçmaq istəyən Zaqatala sakini, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlu və Ukraynada anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviç saxlanılıb. Onlar ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub