“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Modern.az-ın məlumatına görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.
Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.
R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub:
“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.
Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub