Xəbər veridyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.
Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.
Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov Oxu.Az-a danışıb.
O bildirib ki, oğlu ilə qürur duyur:
"Mənim oğlum qoçaq oğul idi. Ermənidən qorxan oğul deyildi. Gözümün ağı-qarası bir oğlum vardı. O da vətən yolunda şəhid oldu. Hər oğul erməni ilə döyüşə bilmir. Mən onunla qürur duyuram. Bütün şəhidlərə Allah rəhmət elısin. Vətən sağ olsun”.
Qeyd edək ki, dünən düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub