Ermənilər Gəncəni atəşə tutdu 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO

2604
Ermənilər Gəncəni atəşə tutdu 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Bununla bağlı Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

06:46

Gəncədə baş verən hadisə zamanı 8 mülki şəxs həlak olub. 

Bununla bağlı Oxu.Az-ın hadisə yerində olan müxbiri məlumat verib. 

Hadisə nəticəsində azı 40-dan çox mülki şəxs müxtəlif xəsarətlər alaraq, xəstəxanalara yerləşdirilib.

Dağıntılar altında qalanlar var.

04:27

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında düşmən Gəncə şəhərini atəşə tutub. 

Hadisə nəticəsində dağıntılar meydana gəlib. Ölən və yaralıların olduğu bildirilir. 

“Bakupost” xəbər verir ki, hadisə zamanı üç mülki şəxs həlak olub, 40-dan çox insan xəsarət alıb.

Xəbər lenti