Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir.
04:06
Düşmənin raket hücumu nəticəsində Gəncədə ölənlərin sayı 10-dan çoxdur.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, yaralıların sayı isə 40-dan çoxdur. H.Hacıyev qeyd edib ki, xilasetmə işləri davam etdirilir.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır.
03:33
Düşmənin raket hücumu nəticəsində Gəncədə həlak olanların sayı 6-ya çatıb.
Bunu “Haber Global” telekanalına müsahibəsində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, dağıntılar altında qalanlar və axtarış-xilasetmə işləri davam etdirilir.
H.Hacıyev Mingəçevirə düşmən tərəfindən edilən hücumla bağlı da danışıb:
“Mingəçevirə 5-6 raketin atıldığı qeyd edilir. Onlar Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib. Bu hücumlar Ermənistan hərbi-siyasi hakimiyyətinin əsl üzünü göstərir. Xocalıdan bu günə qədər Ermənistan Azərbaycan xalqına qarşı qətliam siyasətini yürüdür”.
02:37
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, ölənlərdən ikisi uşaqdır:
“Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.
H.Hacıyev digər tvitində isə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
“Azərbaycan mülki əhalisinə olan qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə növbəti raket zərbələri, Ermənistanın dövlət səviyyəsində terror və soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”, - H.Hacıyevin paylaşımında bildirilir.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub